Son dəqiqə

Türkiyə Qazaxıstan

İstanbul və Türküstan arasında yük təyyarələri uçuşlar həyata keçirir

Bakı, TurkicWorld:

Yük təyyarələri İstanbul və Qazaxıstanın cənubunda yerləşən Türküstan şəhərləri arasında uçuşlar həyata keçirir.

TurkicWorld xəbər verir ki, Türk Karqo Hava Yolları iki şəhər arasında əlaqələrin gücləndirilməsində maraqlıdır.

Məlumata əsasən, ilk təyyarənin göyərtəsində 37 ton yük gəlib.

Avropaya birbaşa yükdaşıma xidmətləri üçün uyğun olan təyyarə həftədə iki dəfə uçuş həyata keçirəcək.

Qeyd edək ki, 2020-ci ildə istifadəyə verilən Türküstan Beynəlxalq Hava Limanından Səmərqəndə birbaşa reys bu yaxınlarda açılıb.

Mövzuya görə xəbərlər