Son dəqiqə

Türkiyə HÜRJET Türkiyə Hərbi Hava Qüvvələri

HÜRJET Türkiyə Hərbi Hava Qüvvələrinin inventarına daxil olacaq

Bakı. TurkicWorld:

HÜRJET 2025-ci ildə Türkiyə Hərbi Hava Qüvvələrinin inventarına daxil olacaq.

TurkicWorld xəbər verir ki, bu barədə Türk Aerokosmik Sanəyesi (TAİ) idarəsi bildirib.

Türkiyənin ilk reaktiv mühərrikli səsdən sürətli təlim təyyarəsi HÜRJET, Türk Aerokosmik Sənayesi (TAİ) müəssisələrində həyata keçirilən sınaq uçuşlarının ardından 19 May Gənclik və İdman Bayramı qeyd etmələri üçün ilk dəfə bazadan ayrılıb.

HÜRJET bu nümayişlə müəyyən mənada evi olan obyekti ilk dəfə tərk edərək TAİ-nin səmalarından başqa yerə uçacaq.

Akroteam nümayiş təyyarəsi versiyası ilə yanaşı reaktiv təlim, döyüş hazırlığı, qırmızı təyyarə və təyyarə gəmisi versiyalarına sahib olacaq HÜRJET indiyədək həyata keçirilən sınaqlarda 56 uçuş edib və 65 saat havada qalıb.

HÜRJET-in gələcəkdə Hərbi Hava Qüvvələri Komandanlığına bağlı akrobatika komandası olan Türk Ulduzlarının istifadə etdiyi NF-5 təyyarəsini əvəz etməsi planlaşdırılıb.

Xatırladaq ki, yerli və milli qaynaqlarla hazırlanmış HÜRJET Reaktiv Təlim və Yüngül Hücum Təyyarələri Layihəsi çərçivəsində 2017-ci ilin avqust ayında işlərə başlanılıb.

İstehsalı başa çatan ilk komponent 10 iyun 2022-ci il tarixində keçirilən mərasimlə son montaj xəttinə köçürülüb.

Quraşdırma işləri tamamlandıqdan sonra yer sınaqları (eniş qurğusu, kabellər, kanop mexanizmi, elektrik testləri) başladıldı və HÜRJET ilk mühərrik işə salma tələbləri olan avionik sistem, elektrik sistemi və yanacaq testlərini həyata keçirib.

Türkiyənin ilk reaktiv mühərrikli səsdən sürətli təlim təyyarəsi HÜRJET ilk dəfə mühərrikini 30 yanvar 2023-cü ildə işə saldı.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər