Bakı. TurkicWorld:
2024-cü ilin aprel ayında Türkiyədə 75 min 569 mənzil satın alınıb ki, bu da 2023-cü ilin aprel ayı ilə müqayisədə 11,8 faiz azdır.
Bu barədə TurkicWorld-ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.
Məlumata görə, 2024-cü ilin yanvar-aprel aylarında Türkiyədə 355 min 173 mənzil satın alınıb.
"Bu göstəricilər 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz azdır", - deyə nazirlikdən qeyd edilib.
2024-cü ilin aprel ayında Türkiyədə xarici vətəndaşlara 1 272 mənzil satılıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 50,3 faiz azdır.
Eyni ilin yanvar-aprel aylarında əcnəbi vətəndaşlar Türkiyədən 6 min 957 mənzil alıblar ki buda keçən ilin eyni dövrü ilə müqayisədə 48,4 faiz azdır.







