Son dəqiqə

Türkiyə Konya Şanlıurfa

Şanlıurfa və Konyada 44 nəfər saxlanılıb

Bakı,TurkicWorld

Mayın 14-də İŞİD terror təşkilatına qarşı Şanlıurfa və Konyada keçirilən əməliyyatda 44 şübhəli saxlanılıb.

TurkicWorld xəbər verir ki, Şanlıurfa Respublika Baş Prokurorluğunun göstərişi ilə Terrorla Mübarizə Şöbə Müdirliyinə bağlı qruplar terror təşkilatlarının ifşası və təşkilat üzvlərinin tutulması istiqamətində işlərə başlayıb.

Qeyd edək ki, şəxslər üzərində aparılan araşdırmalar zamanı bəzi əcnəbi vətəndaşların Suriyada terror təşkilatı adından fəaliyyətlər həyata keçirdikləri müəyyən edilib. Polis bölməsindəki əməliyyatları tamamlanan şübhəlilərin sağlamlıqları yoxlanılaraq ədliyyəyə göndərilib. Polis ədliyyə binası ətrafında sıx təhlükəsizlik tədbirləri alıb.

Mövzuya görə xəbərlər