Bakı. TurkicWorld:
Qazaxıstan və Vyetnam hökumətləri arasında 2023-cü il avqustun 21-də Hanoyda imzalanmış pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında saziş mayın 25-də qüvvəyə minəcək.
TurkicWorld xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi bildirib.
Qazaxıstan və Vyetnam vətəndaşları iki ölkəyə 30 günə qədər vizasız və istənilən 180 gündə 90 günə qədər səfər edə bilərlər.