Son dəqiqə

Qazaxıstan Kasım-Jomart Tokayev

Qazaxıstan Milli Qvardiya aviabazasının açılış mərasimi olub

Bakı. TurkicWorld:

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada Milli Qvardiyanın aviabazasının açılış mərasimində iştirak edib.

TurkicWorld xəbər verir ki, Tokayev açılış mərasimində Qazaxıstan Silahlı Qüvvələrinin suveren ölkənin maraqları üçün sabitliyin möhkəm təməli olduğunu bildirib.

"Yeni aviabaza təkcə Milli Qvardiya üçün deyil, həm də ölkənin bütün ordusu üçün əlamətdar hadisədir. Aviabaza hüquq-mühafizə orqanlarını gücləndirəcək və sürətli hava missiyalarına imkan verəcək", - deyə o əlavə edib.

Mövzuya görə xəbərlər