Bakı, TurkicWorld:
Əfqanıstanın Bamyan şəhərində baş verən silahlı hücumda üçü ispan olmaqla dörd nəfər həyatını itirib, yeddi nəfər yaralanıb.
TurkicWorld xəbər verir ki, səlahiyyətlilər hadisə ilə bağlı dörd nəfərin saxlanıldığını bildirib.
“Xarici İşlər Nazirliyinin Konsulluq Fövqəladə Hallar Bölməsi bütün lazımi yardımı göstərmək üçün çalışır”, - deyə İspaniyanın baş naziri Pedro Sançes qeyd edib.
Bundan başqa, Avropa İttifaqı silahlı hücumu ən sərt şəkildə qınadığını bildirib.







