Bakı, TurkicWorld:
Xorvatiyada hazırkı baş nazir Andrey Plenkoviçin rəhbərlik etdiyi yeni hökumət parlamentin etimad səsverməsi ilə yaradılıb.
TurkicWorld xəbər verir ki, Xorvatiyanın paytaxtı Zaqrebdə Milli Assambleyada yeni hökumətə etimad səsverməsi keçirilib.
Yeni hökumət etimad səsverməsini aldıqdan sonra baş nazir Plenkoviç və nazirlər and içərək vəzifələrinin icrasına başlayıblar.