Blinken Rəfaha mümkün hücum müzakirələri ilə bağlı İsrailə səfər edəcək

Blinken Rəfaha mümkün hücum müzakirələri ilə bağlı İsrailə səfər edəcək

Bakı. TurkicWorld:

ABŞ dövlət katibi Entoni Blinken gələn həftə İsrail ordusunun Rəfaha mümkün quru hücumu və HƏMAS ilə Təl-Əviv arasında əsir mübadiləsi razılaşmasını müzakirə etmək üçün İsrailə səfər edəcək.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə İsrail dövlət televiziyası KAN məlumat yayıb.

Bildirilib ki, səfər zamanı Blinken İsrail rəsmiləri ilə İsrailin Rəfaha qurudan mümkün hücumu və HƏMAS ilə Təl-Əviv arasında əsir mübadiləsi kimi məsələləri müzakirə edəcək.

Qeyd olunub ki, bu, ABŞ dövlət katibi Blinkenin 2023-cü il oktyabrın 7-dən regiona yeddinci səfəri olacaq.

Xatırladaq ki, İsrailin dövlət televiziyası KAN İsrail ordusunun tezliklə Rəfaha qurudan hücum edəcəyini bildirib.

X: Lamanasadli01