Son dəqiqə

Fələstin İsrail Qəzza Rəfah

Fələstin: İsrail Rəfahda soyqırım törədəcək

Bakı. TurkicWorld:

İsrail Rəfahda soyqırım törədəcək.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə Fələstin Rəyasət Heyətinin sözçüsü Nabil Əbu Rudeyne xəbərdarlıq edib.

"ABŞ administrasiyası İsrailin hərəkətlərinə görə məsuliyyət daşıyır və bununla bağlı təcili tədbirlər görməlidir. İsrailə maliyyə və hərbi dəstək verən, beynəlxalq legitimlik qərarlarının həyata keçirilməsinin qarşısını almaq və təcavüzü dayandırmaq üçün beynəlxalq ictimaiyyətə qarşı duran ABŞ rəhbərliyi Netanyahu və hökumətini istər Qəzza zolağında, istərsə də İordan çayının qərb sahilində qırğınlarını davam etdirməyə təşviq edən tərəfdir”, - deyə o vurğulayıb.

Əbu Rudeyne onu da qeyd edib ki, Fələstin məsələsi ədalətli şəkildə həll edilmədən, paytaxtı Qüds olmaqla, müsəlman və xristianların müqəddəs məkanları olan müstəqil Fələstin dövləti qurulmadan bütün region sülh və təhlükəsizliyə nail ola bilməz.

Xatırladaq ki, İsrail ordusu yaxın zamanda Rəfaha hücum edəcəyini açıqlayıb.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər