Qırğızıstan-Çin sərhədindəki keçid məntəqələri bir gün bağlı olacaq

Qırğızıstan-Çin sərhədindəki keçid məntəqələri bir gün bağlı olacaq

Bakı,TurkicWorld

Qırğızıstan-Çin sərhədindəki iki keçid məntəqəsi bir gün müddətinə bağlanacaq.

TurkicWorld xəbər verir ki, bu barədə Qırğızıstan Respublikası Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.

Onun sözlərinə görə, Çin tərəfinin təşəbbüsü ilə ÇXR-də Əmək Gününün qeyd olunması ilə əlaqədar Qırğızıstan-Çin dövlət sərhədində yerləşən Toruqart-Avtodorojnı və İrkeştam-Avtodorojnı buraxılış məntəqələri bağlanacaq.

Qeyd edək ki, bu keçid məntəqələrindən şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin keçidi mayın 2-dən bərpa olunacaq.