Son dəqiqə

Qırğızıstan Sadır Japarov

Qırğızıstan prezidenti Rusiyaya səfər edəcək

Bakı. TurkicWorld:

Qırğızıstan prezidenti Sadır Japarov mayın 8-də Avrasiya İqtisadi İttifaqının yubiley sammitində və mayın 9-da Qələbə paradında iştirak etmək üçün Rusiyaya səfər edəcək.

AzerVoice xəbər verir ki, bu barədə Qırğızıstanın Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Muratbek Azımbakiyev bildirib.

Məlumata əsasən, Ali Avrasiya İqtisadi Şurasının iclası zamanı dövlət başçıları 2023-cü ilin yekunlarına əsasən Avrasiya İqtisadi İnteqrasiyasının İnkişafına dair Strateji İstiqamətlərin 2025-ci ilə qədər həyata keçirilməsinin gedişi haqqında və Avrasiya İqtisadi İnteqrasiyasının həyata keçirilməsinin gedişi haqqında məruzələri dinləyəcəklər.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər