Son dəqiqə

Azərbaycan Qırğızıstan Mərkəzi Bank

Azərbaycan və Qırğızıstan arasında Anlaşma Memorandumu imzalanıb

Bakı. TurkicWorld:

Ölkəmizdə səfərdə olan Qırğız Respublikasının Milli Bankının sədri Kubanıçbek Bokontayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Mərkəzi Bankda görüşdük.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov "X" sosial şəbəkəsində paylaşım edib.

"Qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsindən sonra tərəflər arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzaladıq. Əminəm ki, bu Memorandum rəhbərlik etdiyimiz qurumlar arasında əməkdaşlığın daha da genişləndirilməsinə və bu istiqamətdə yeni imkanların dəyərləndirilməsinə mühüm töhfə verəcək", - sədr qeyd edib.

Qeyd edək ki, Qırğızıstan Prezidenti Sadır Japarovun aprelin 24-25-də Azərbaycana səfərinin yekunları üzrə müxtəlif sektorları (energetika, təhsil, səhiyyə, miqrasiya və s.) əhatə edən 10-dan çox sənəd paketi imzalanıb.

Mövzuya görə xəbərlər