Son dəqiqə

Qırğızıstan FETÖ

Qırğızıstanda dövlət çevrilişi cəhdinin qarşısı alınıb

Bakı,TurkicWorld

Qırğızıstanda FETÖ ilə əlaqəsi olan şəxslərin dövlət çevrilişinə cəhdinin qarşısı alınıb.

TurkicWorld xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.

Kütləvi qiyamlar törətməyə və hakimiyyəti ələ keçirməyə cəhd edən çevriliş qrupuna qarşı əməliyyat keçirildiyi bildirilib.

Saxlanılan beş nəfərin Qırğızıstan vətəndaşı olduğu bildirilib.

Qeyd edək ki, sonuncu dəfə yanvar ayında Qırğızıstanda dövlət çevrilişinə cəhd edən qruplaşmaya qarşı əməliyyat keçirilmişdi.

Mövzuya görə xəbərlər