Son dəqiqə

FETÖ FETÖ xarici maliyyə dəstəyi FETÖ qaralama kampaniyası FETÖ terror təşkilatı FETÖ-nun qadın strukturu

Türkiyədə FETÖ əməliyyatlarında 90 nəfər həbs olunub

BAKI, TurkicWorld , Nailə Babazadə

Türkiyədə FETÖ terror təşkilatına qarşı son iki həftə ərzində keçirilən əməliyyatlar nəticəsində 160 şübhəli saxlanılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Nazir bildirib ki, əməliyyatlar Respublika Baş Prokurorluqları ilə Polis Baş İdarəsinin Terrorla Mübarizə, Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə və Kəşfiyyat bölmələrinin koordinasiyası ilə həyata keçirilib.

Məlumata görə, 39 vilayəti əhatə edən əməliyyatlar çərçivəsində saxlanılan şəxslərin FETÖ-nün şifrəli rabitə proqramı olan “ByLock”dan istifadə etdikləri, həmçinin ankesörlü telefonlar vasitəsilə təşkilat üzvləri ilə əlaqə saxladıqları müəyyən edilib.

Bildirilib ki, saxlanılan şəxslər təşkilatın hərbi, təhsil, maliyyə və digər strukturlaşmalarında fəaliyyət göstəriblər. Əməliyyatlar zamanı barəsində qəti həbs hökmü olan və axtarışda olan şəxslər də saxlanılıb.

Nazir Ali Yerlikayanın sözlərinə görə, saxlanılan 160 şübhəlidən 90-ı barəsində həbs qətimkan tədbiri seçilib, 52 nəfər isə məhkəmə nəzarətinə buraxılıb. Digər şəxslərlə bağlı istintaq tədbirləri davam etdirilir.

Əməliyyatlar Adana, Ankara, İstanbul, İzmir və digər vilayətlər də daxil olmaqla ümumilikdə 39 bölgədə həyata keçirilib.

Ali Yerlikaya bildirib ki, Türkiyədə dövlətin bütövlüyünə və ictimai təhlükəsizliyə təhdid yaradan strukturlara qarşı mübarizə qətiyyətlə davam etdiriləcək.

Mövzuya görə xəbərlər