Bakı. TurkicWorld:
Vaşinqtonda keçiriləcək NATO sammitində Bolqarıstan Rusiya və Ukrayna arasında danışıqlara dair təkliflə çıxış etmək niyyətindədir. Bu danışaqlarda Bolqarıstan vasitəçi rolunu öz üzərinə götürə bilərdi.
TurkicWorld-un məlumatına görə, bu barədə ölkənin baş naziri vəzifəsini icar edən Dimitar Qlavçev bildirib.
"Mən, həqiqətən, Bolqarıstanın vasitəçi ola biləcəyi danışıqlar üçün təklif irəli sürməyi düşünürəm", - deyə o bildirib.
Onun sözlərinə görə, vurğulanmalı olan yeganə məsələ odur ki, bu danışıqlar BMT Nizamnaməsinə və beynəlxalq hüquqa uyğun olmalıdır.