Qüdsün kimliyi İsrail tərəfindən məhv edilir - Ərdoğan

Qüdsün kimliyi İsrail tərəfindən məhv edilir - Ərdoğan

Bakı. TurkicWorld:

Qüdsün kimliyi işğalçı İsrail tərəfindən addım-addım məhv edilir.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “Parlamentlərarası Qüds Platformasının 5-ci Konfransı”nda çıxışı zamanı deyib.

"Qüdsü qorumağı özümüzə borc bilirik. Qüdsü müdafiə etməyin bəşəriyyəti müdafiə etmək, sülhü qorumaq və fərqli inanclara hörməti müdafiə etmək olduğuna inanaraq, mübarizəmizi qətiyyətlə davam etdiririk. İnsanlıq və sülh naminə apardığımız bu müqəddəs mübarizəni dəstəklədiyi üçün Parlamentlərarası Qüds Platformasına minnətdarlığımı bildirmək istəyirəm", - deyə o əlavə edib.