Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan

Ərdoğan Kariye məscidinin açılışında iştirak edib

Bakı. TurkicWorld:

İstanbulda yerləşən Kariye məscidi bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi mərasimlə ibadət üçün açılıb.

TurkicWorld xəbər verir ki, Türkiyə Nazirlər Kabinetinin 2 avqust 1945-ci il tarixli qərarı ilə muzeyə çevrilən Kariye məscidi 2020-ci ildə prezident Rəcəb Tayyib Ərdoğanın qərarı ilə Diyanət İşləri İdarəsinə verilib.

Bərpa prosesi zamanı Kariye məscidi muzey kimi ziyarətçilərin ixtiyarına verilib.

Qeyd edək ki, 6-cı əsrdə Fatihdə Kariye kilsəsi olaraq inşa edilən bina, İstanbulun fəthindən sonra 1511-ci ildə Sultan II Bəyazidin baş vəzirlərindən olan Atik Əli Paşa tərəfindən məscidə çevrilib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər