İspaniya Fələstin dövlətini dörd ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır

İspaniya Fələstin dövlətini dörd ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır

Bakı,TurkicWorld

İspaniyadakı sol koalisiya hökumətinin Fələstin dövlətinin tanınması üçün eyni anda dörd ölkə ilə ortaq qərar verməyi planlaşdırır.

TurkicWorld xəbər verir ki,İspaniya Baş naziri Pedro Sançes və Xarici İşlər Naziri Xose Manuel Albares tərəfindən dəfələrlə dilə gətirilən Fələstin dövlətinin tanınması təşəbbüsünün qısa müddət ərzində həyata keçirilməsinin planlaşdırıldığını bildirib.

İspaniyanın Malta və İrlandiya ilə birgə bəyanatlarındakı şərtlərdə Fələstin dövlətini tanıyacağını vəd edən Sloveniya və bu təşəbbüsü dəstəklədiyini açıqlayan Norveçlə birlikdə hərəkət edəcəyi gözlənilir.

Qeyd edək ki, Yamaykadan sonra dünyada Fələstin dövlətini tanıyan ölkələrin sayı 140-a çatıb.İspaniya və digər ölkələrin iştirakı ilə 145-ə yüksələcəyi gözlənilir.