Fələstin BMT-nin tamhüquqlu üzvü olmalıdır - Sançez

Fələstin BMT-nin tamhüquqlu üzvü olmalıdır - Sançez

Bakı. TurkicWorld:

İspaniya Fələstinin BMT-nin tamhüquqlu üzvü olması üçün çalışacaq.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə İspaniya Baş naziri Pedro Sançez bildirib.

Qeyd edək ki, daha əvvəl Sançez Avropa İttifaqı (Aİ) turuna çıxaraq Fələstin dövlətinin tanınması üçün Norveç, İrlandiya, Portuqaliya, Sloveniya və Belçikanın baş nazirləri ilə görüşəcəyini bildirmişdi.

İspaniya, İrlandiya, Malta və Sloveniya ötən ayın sonunda birgə bəyanat yayaraq, müsbət töhfə verərsə və şərtlər uyğun olarsa Fələstin dövlətini tanımağa hazır olduqlarını bildiriblər.

X: Lamanasadli01