Son dəqiqə

Fələstin İsrail ABŞ Entoni Blinken Qəzza zolağı

HƏMAS atəşkəs qərarını tez verməlidir - Blinken

Bakı. TurkicWorld:

HƏMAS atəşkəs qərarını tez verməlidir.

TurkicWorld AzerVoice-ə istinadənxəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Ər-Riyadda Dünya İqtisadi Forumunun (WEF) xüsusi iclasında deyib.

ABŞ dövlət katibi atəşkəs və əsir mübadiləsi ilə bağlı "fövqəladə səxavətli" olaraq xarakterizə etdiyi razılaşma təklifini Həmas-ın qəbul edəcəyinə inandığını bildirib.

Digər tərəfdən, HƏMAS-ın mühasirədə olan və aclıqla mübarizə aparan Qəzzada gedən müharibədə girovların azad edilməsini də ehtiva edən atəşkəs təklifinə cavab verməsi gözlənilir.

Məlumat üçün qeyd edək ki, Qahirədə Həmas nümayəndə heyətinə HƏMAS Siyasi Bürosunun üzvü Xəlil əl-Həyya başçılıq edir.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər