İspaniya “Qızıl viza”nı ləğv edir

İspaniya “Qızıl viza”nı ləğv edir

Bakı. TurkicWorld:

İspaniyada daşınmaz əmlaka böyük sərmayə qoyan əcnəbilərə yaşamaq hüququ verən “Qızıl viza” proqramı ləğv ediləcək.

TurkicWorld xarici KİV-lərə istinadən xəbər verir ki, bunu İspaniyanın baş naziri Pedro Sançez jurnalistlərə açıqlamasında deyib.

Qeyd edək ki, proqram İspan daşınmaz əmlakına ən azı 500.000 avro (541.250 ABŞ dolları) sərmayə qoyan qeyri-Aİ vətəndaşlarına üç il ərzində ölkədə yaşamaq və işləmək üçün xüsusi icazə verir.