İspaniya dörd ölkə ilə Fələstin dövlətini tanımağı planlaşdırır

İspaniya dörd ölkə ilə Fələstin dövlətini tanımağı planlaşdırır

Bakı. TurkicWorld:

İspaniya Malta, İrlandiya, Sloveniya və Norveçlə eyni vaxtda Fələstin dövlətini tanımağı planlaşdırır.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə İspaniya Xarici İşlər Nazirliyinin mənbələri açıqlayıb.

"Fələstin dövlətinin tanınması həm İspaniya hökumətinin, həm də seçkidən əvvəl və sonra baş nazir Sançesin vədidir. Ümid edirik ki, bu, tərəfləri yenidən danışıqlar masasına oturtmağa xidmət edəcək. Bu, böyük strategiyadır, daha çox gözləmək lazım deyil”, - deyə açıqlamada qeyd edilib.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 34 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.

UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.

X: Lamanasadli01