Son dəqiqə

İsrail İsveç

İsrailin “Eurovision”da iştirakına etiraz edilib

Bakı. TurkicWorld:

İsrailin “Eurovision”da iştirakına etiraz edilib.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, İsveç Xarici İşlər Nazirliyinin qarşısına toplaşan yüzlərlə insan İsveçin Malmö şəhərində keçiriləcək Eurovision Mahnı Müsabiqəsində İsrailin boykot edilməsini tələb edib.

Açıqlamada Rusiyanın ötən il Rusiya-Ukrayna müharibəsinə görə təşkilatdan kənarlaşdırıldığı, lakin bu il soyqırım törədən İsrailin təşkilata daxil edilməsinin ikiüzlülük olduğu diqqətə çatdırılıb.

İsveç dövlət televiziyası SVT-nin xəbərinə görə, Malmö Polis İdarəsinin sözçüsü Nils Norling şəhərə 100 min nümayişçinin gələcəyini təxmin etdiklərini bildirib.

Xatırladaq ki, mayın 2-də Avropa Yayım Birliyi (EBU) da mayın 11-də keçiriləcək Eurovision Mahnı Müsabiqəsində Fələstin bayrağı ilə qonaqların buraxılmayacağını açıqlayıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər