Son dəqiqə

İsrail Qəzza zolağı

Qəzzada öldürülən jurnalistlərin sayı 200-ə yaxınlaşıb

Bakı, TurkicWorld

Qəzzada İsrail hücumları nəticəsində həyatını itirən jurnalistlərin sayı 196-ya yüksəlib.

TurkicWorld xəbər verir ki, Qəzza hökumətinin Media Ofisinin açıqlamasına əsasən, Əl-Cəzirə telekanalının operatoru Əhməd Əl-Lavh, İsrailin Qəzza zolağının mərkəzində yerləşən Nusayrat Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücum zamanı öldürülüb.

Əhməd Əl-Lavhın öldürülməsi ilə Qəzzada İsrail hücumları nəticəsində həlak olan jurnalistlərin sayı 196-ya çatıb. Bəyanatda İsrailin fələstinli jurnalistləri hədəf alması, öldürməsi və onlara qarşı sui-qəsdlər həyata keçirməsi qətiyyətlə pislənilib.

Bununla yanaşı, İsrailin bu hərəkətlərinə görə ABŞ, İsrail və onların müttəfiqləri – xüsusilə İngiltərə, Almaniya və Fransa – məsuliyyət daşıdığı qeyd edilib. Bəyanatda beynəlxalq ictimaiyyət və jurnalistika sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlar İsrailin cinayətlərinə qarşı hüquqi tədbirlər görməyə və soyqırım cinayətini dayandırmağa çağırılıb.

Fələstin Media Dərnəyinin yaydığı digər açıqlamada, Livanın Əl-Məşhəd telekanalının Qəzzadakı müxbiri Məhəmməd Baluşenin də İsrail hücumları nəticəsində həyatını itirdiyi bildirilib. Hökumət və təşkilatlar İsrailin jurnalistlərə qarşı sistemli hücumlarına son qoyulması üçün təzyiq göstərilməsinin vacibliyini vurğulayıblar.

Mövzuya görə xəbərlər