Son dəqiqə

Türkiyə İsrail Rəcəb Tayyib Ərdoğan Qəzza

Türkiyə Qərbdən gələcək hücumlara hazırdır - Ərdoğan

Bakı. TurkicWorld:

İsraillə ticarət əlaqələrini dayandırdığımız üçün Qərbdən gələcək hücumlara hazırıq.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Regionumuzda heç bir ölkə ilə düşmənçilik və ya münaqişə ardınca getmirik. Hər fürsətdə ifadə etdiyim kimi, biz coğrafiyamızda münaqişə istəmirik. İsraillə ticarət əlaqələrini kəsməkdə yalnız bir məqsəd var, Netanyahu administrasiyasını atəşkəsə məcbur etmək", - deyə o vurğulayıb.

Qeyd edək ki, 2 may tarixində Türkiyə İsrail ilə ticari əlaqələri dayandırıb.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər