Son dəqiqə

Türkiyə Fələstin İsrail Hakan Fidan

Fələstinin tanınması İsrailə zərbə vuracaq – Hakan Fidan

Bakı. TurkicWorld:

Fələstinin tanınması İsrailə zərbə vuracaq.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Qambiyanın paytaxtı Banjulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci Zirvə toplantısında çıxış edib.

“Biz həmçinin Fələstinin BMT-yə tamhüquqlu üzvlüyünü təmin etmək üçün bütün səylərimizi ortaya qoymalıyıq” – deyə Fidan bildirib.

O vurğulayıb ki, əgər İsrail Rəfahla bağlı planlarını həyata keçirə bilsə, daha bir təsviri mümkün olmayan böyük fəlakətin şahidi olacaq.

İsrailin cavab verməli olmasına baxmayaraq cəzasız qaldığına diqqət çəkən Fidan, fələstinliləri müdafiə etmək bütün bəşəriyyətin vəzifəsi olduğunu bildirib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər