Fələstin dövlətini tanımaq üçün daha çox gözləyə bilmərik - İspaniya

Fələstin dövlətini tanımaq üçün daha çox gözləyə bilmərik - İspaniya

Bakı. TurkicWorld:

Fələstin dövlətini tanımaq üçün daha çox gözləyə bilmərik.

TurkicWorld xəbər verir ki, bu barədə İspaniya Baş naziri Pedro Sançez bildirib.

İspaniya hökuməti Yaxın Şərq problemini həll etmək üçün yeganə yol olaraq gördüyü iki dövlətli həll çərçivəsində Fələstin dövlətinin tezliklə tanınması üçün beynəlxalq ictimaiyyətin dəstəyini qazanmaq üçün səylərini sürətləndirib.

İspaniyanın Baş naziri Pedro Sançez Fələstin dövlətini tanımaq üçün Avropa İttifaqının (Aİ) digər ölkələri ilə birlikdə hərəkət etmək ideyası ilə Polşa, Norveç və İrlandiyanı əhatə edən iki günlük rəsmi səfərə çıxıb.

İspaniya Baş Nazirliyindəki mənbələr, Sançesin sabah Norveç və İrlandiyada görüşlər keçirəcəyini və Fələstinin tanınması prosesinə dəstək axtaracağını açıqlayıb.

“Fələstindəki vəziyyətin ciddiliyi göstərir ki, biz Fələstin dövlətini tanımaq üçün daha çox gözləyə bilmərik. Bunun qısa müddətdə baş verməsi lazım olduğu aydındır.“ -deyə Albares bildirib.

Hafiz Rufizoğlu