Son dəqiqə

Fələstin İsrail Qəzza

Qəzzanın Media Ofisi jurnalistləri müdafiə etməyə çağırıb

Bakı. TurkicWorld:

Sabahkı Ümumdünya Mətbuat Azadlığı Günü ərəfəsində Qəzzanın Hökumət Media Ofisi jurnalistləri öldürülmədən, hədəf alınmadan və həbs edilmədən məlumat və faktları sərbəst ifadə etmək və yaymaq hüquqlarını müdafiə etməyə çağırıb.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə Qəzzada Hökumətin Media Ofisi bəyanat yayıb.

Bəyanatda qeyd olunub ki, İsrail qüvvələri müharibə başlayandan indiyədək Qəzzada 141 jurnalisti öldürüb, 70-dən çox jurnalisti yaralayıb.

"Biz işğalçı ordunun bütün Fələstin ərazilərində, xüsusən də Qəzza zolağında jurnalistlərə qarşı törətdiyi cinayətləri və qətliamları şiddətlə qınayırıq”, - deyə bəyanatda bildirilir.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 34 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.

İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.

UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.

Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər