Burkina Faso ordusu tərəfindən 200-dən çox mülki vətəndaş qətlə yetirilib

Burkina Faso ordusu tərəfindən 200-dən çox mülki vətəndaş qətlə yetirilib

Bakı, TurkicWorld:

Bir gündə azı 56-sı uşaq olmaqla 223 mülki şəxs Burkina Faso ordusu tərəfindən qətlə yetirilib.

TurkicWorld xəbər verir ki, bu barədə Humans Right Watch (HRW) məlumat verib.

Məlumatda bildirilib ki, kütləvi qətlin ordunun kənd sakinlərinin silahlı islamçılara yardım etdiyinə görə qisas aldığı güman edilir.

Qeyd edək ki, fevralın 25-də baş verən hücumlarda ordu Soro kəndində 179, yaxınlıqdakı Nondin kəndində isə 44 nəfəri qətlə yetirib.