ABŞ Qəzzada körpü tikintisinə başlayıb

ABŞ Qəzzada körpü tikintisinə başlayıb

Bakı, TurkicWorld:

ABŞ ordusu Qəzza zolağına humanitar yardımların daxil olmasına imkan verəcək körpünün inşasına başlayıb.

TurkicWorld xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat verib.

Məlumatda bildirilib ki, körpü İsrailin Qəzza zolağında 2,3 milyon insanın humanitar fəlakətlə üzləşməsindən sonra aclığın qarşısını almaq cəhdinin bir hissəsidir.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 34 minə yaxın fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.

UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.