Son dəqiqə

Fələstin İsrail Qəzza HƏMAS

İsrail Qəzzada humanitar vəziyyəti pisləşdirməyə çalışır - HƏMAS

Bakı, TurkicWorld:

İsrail ordusunun Misir sərhədindəki Rəfah Sərhəd Qapısına hücumu Qəzza zolağında humanitar vəziyyəti pisləşdirmək məqsədi daşıyır.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə HƏMAS açıqlayıb.

Açıqlamada HƏMAS ABŞ administrasiyası və beynəlxalq ictimaiyyəti Rəfahdə və bütün Qəzza zolağında yüz minlərlə köçkün dinc sakinin həyatını təhdid edən hücumları dayandırmaq üçün İsrailə təzyiq göstərməyə çağırıb.

Qeyd edək ki, İsrail qüvvələri Rəfah sərhəd-keçid məntəqəsinin Fələstin tərəfinə nəzarəti ələ keçirib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər