Son dəqiqə

Fələstin ABŞ Oksford Universiteti

Oksford və Kembric tələbələri də Fələstin etirazlarına qoşulub

Bakı, TurkicWorld:

ABŞ-ın Kolumbiya Universitetində başlayan və bir çox universitetlərə yayılan Fələstinə dəstək nümayişlərinə Oksford və Kembric universitetləri də qatılıb.

TurkicWorld xəbər verir ki, Oksford Universitetinin tələbələri çadırlar qurub, Fələstinə dəstək verən tələbə qruplarına qoşulublar.

Kembric Universitetinin tələbələri isə universitetlərinin İsraillə əməkdaşlıq edən şirkətlərə sərmayə qoymasına etiraz etmək üçün düşərgə qurublar.

Tələbələr tələbləri yerinə yetirilənə qədər etiraz aksiyalarını davam etdirəcəklərini bildiriblər.

Mövzuya görə xəbərlər