Azərbaycan əqli mülkiyyətlə bağlı 15 ölkə arasında yer alıb - Kamran İmanov

Azərbaycan əqli mülkiyyətlə bağlı 15 ölkə arasında yer alıb - Kamran İmanov

Bakı. TurkicWorld :

Dünyada əqli mülkiyyətlə bağlı 204 ofis var.

TurkicWorld xəbər verir ki, bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov "Əqli mülkiyyət müasir mərhələdə" mövzusunda "Dəyirmi masa"da çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dünyada ən yaxşı olan 15 ofis seçilib.

"Azərbaycan 15 ölkə arasında yer alıb. Biz eyni zamanda Avrasiya Patent Təşkilatı ilə də əməkdaşlıq edirik. Biz onlarla əməkdaşlıq çərçivəsində öz modelimizi təqdim etdik", - o deyib.