Son dəqiqə

Azərbaycan Ermənistan İran Əqli Mülkiyyət Agentliyi

"Sarı gəlin" İran telekanalında erməni musiqisi kimi təqdim olundu

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Azərbaycan xalq mahnısı "Sarı gəlin"in Araz Trosyanın (Araz Dareh) ifasında erməni və fars dillərində "Sarı ağçik" musiqisi kimi səsləndirilməsi ilə bağlı araşdırma aparılır.

TurkicWorld xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.

Qeyd edək ki, "Sarı gəlin" mahnısı İran dövlət televiziyasının efirində Araz Torosyanın ifasında erməni və fars dillərində "Sarı ağçik" adı ilə səsləndirilib, "erməni musiqisi" kimi qələmə verilib.

Mövzuya görə xəbərlər