BAKI,TurkicWorld
Bu gün Bakıda "Beynəlxalq Əqli Mülkiyyət Günü" münasibətilə "İnnovativ Potensial: Əqli Mülkiyyət + Süni İntellekt" mövzusunda dəyirmi masa keçirilir.
TurkicWorld xəbər verir ki, tədbirdə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov, Ombudsmanın, Mədəniyyət Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin nümayəndələri iştirak edəcək.
Tədbir çərçivəsində Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun "İnnovativ Potensial: Əqli Mülkiyyət + Süni İntellekt" mövzusunda məruzəsi dinləniləcək.
Tədbir mövzu ətrafında müzakirə və çıxışlarla davam edəcək.







