Son dəqiqə

Azərbaycan Bakı Əqli Mülkiyyət Agentliyi Kamran İmanov

Süni intellekt əqli mülkiyyətin inkişafına töhfə verir – Kamran İmanov

BAKI,TurkicWorld

İnnovasiya ekosistemi mürəkkəb bir sistemdir və onun formalaşmasına təsir edən bir sıra amillər mövcuddur, bu ekosistemi müəyyən edən əsas istiqamətlər elmi, texnoloji, sahibkarlıq və istehsal sahələridir.

TurkicWorld xəbər verir ki, bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov bu gün Bakıda "Beynəlxalq Əqli Mülkiyyət Günü" münasibətilə "İnnovativ potensial: Əqli mülkiyyət + süni intellekt" mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, innovasiyalar dövründə elm və təhsil qarşısında, eləcə də əqli mülkiyyət sahəsində yeni vəzifələr yaranır:

"Süni intellekt əqli mülkiyyətin inkişafına mühüm dəstək verir. Bunun üçün süni intellekt texnologiyalarının məqsədyönlü şəkildə hazırlanması və tətbiqi vacibdir.

Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) tərəfindən Harvard Universitetinin Growth Lab laboratoriyası ilə birgə hazırlanmış "İnnovasiya potensialına baxış (İPB) 2026" tədqiqatına əsasən, 193 ölkə üzrə 2,5 milyard məlumat vahidi təhlil edilib və 2500-dən çox innovasiya imkanını əhatə edən xəritə hazırlanıb.

Müəyyən olunub ki, hazırda tədqiq edilən ölkələrin cəmi 10 faizi öz texnoloji potensialını tam şəkildə reallaşdırır. Elmi, texnoloji, sahibkarlıq və istehsal potensiallarının cəmləşdiyi ölkələrdə innovasiya imkanlarını artırmaq və qlobal səviyyədə irəliləyişə nail olmaq mümkündür. Məlumatlara görə, bu göstərici ildə təxminən 339 min texnoloji innovasiyaya uyğundur.

Başqa sözlə, texnoloji innovasiyalar sahəsində iqtisadiyyatların yalnız 10 faizi öz patent potensialını tam reallaşdırır".

Mövzuya görə xəbərlər