BAKI,TurkicWorld
Gələcəkdə "ASAN xidmət"də çağrı mərkəzinə gələn zənglərin 30%-i süni intellektlə cavablandıracaq.
TurkicWorld xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov bu gün Bakıda keçiriIən "Əqli mülkiyyət və süni intellekt" mövzusunda beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, artıq bu istiqamətdə test mərhələsi başlayıb:
"2024-cü ildə ASAN Xidmətin özünün Süni intellekt Strategiyası müəyyən edilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir".







