Son dəqiqə

ABŞ COVİD-19

ABŞ hakimiyyəti əcnəbilər üçün COVID-19-a qarşı məcburi vaksinasiyanı ləğv edir

Bakı. TurkicWorld:

Mayın 12-dən etibarən ABŞ hakimiyyəti ölkəyə gələn əcnəbilər, habelə federal işçilər və podratçılar üçün COVID-19-a qarşı məcburi peyvənd tələbini ləğv edəcək.

TurkicWorld-un məlumatına görə, bu barədə Ağ Evin açıqlamasında bildirilib.

"Bu gün biz elan edirik ki, administrasiya mayın 11-də günün sonuna qədər federal işçilər, federal podratçılar və beynəlxalq hava şərnişinlər üçün COVID-19 peyvəndi tələblərini ləğv edəcək. Həmin gündə COVID-19 ilə əlaqədar ictimai səhiyyə sahəsindəki fövqəladə vəziyyət başa çatacaq", - deyə sənəddə qeyd olunub.

Mövzuya görə xəbərlər