Son dəqiqə

BMT Sudan

BMT-nin Ümumdünya Qida Proqramından Sudanda 4 min tona yaxın humanitar yardım oğurlanıb

Bakı TurkicWorld

BMT-nin Ümumdünya Qida Proqramından (ÜƏP) Sudanda 4 min tona yaxın humanitar yardım oğurlanıb.

TurkicWorld xəbər verir ki, bu barədə təşkilatın baş katibinin Sudan üzrə xüsusi nümayəndəsi Volker Perthes bildirib .

"Anbarda saxladığımız humanitar yardımın böyük hissəsi talan edildi. Ümumdünya Qida Təşkilatının, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının və Darfurdakı digər təşkilatların bütün anbarları talan edildi. Ümumdünya Ərzaq Proqramı təxminən 4000 metrik ton humanitar yardımı itirdi”, - Perthes qeyd edib.

O, humanitar fəaliyyətlərin bərpası üçün atəşkəsin lazım olduğunu da bildirib.

Mehriban Xəlilli

Mövzuya görə xəbərlər