ABŞ-da ilk dəfə Ramazan rəsmi bayram elan edilib

ABŞ-da ilk dəfə Ramazan rəsmi bayram elan edilib

Bakı, TurkicWorld:

Amerika Birləşmiş Ştatlarının Miçiqan ştatının Dirborn şəhərində Ramazan ilk dəfə rəsmi olaraq bayram kimi qeyd ediləcək.

TurkicWorld xəbər verir ki, bu barədə Miçiqan ştatının Livan əsilli meri Abdullah Hammoud bildirib.

Məlumata əsasən, Ramazan bayramının ilk günü şəhərdəki rəsmi qurumlar qapalı olacaq.

Qeyd edək ki, aprelin 15-də ABŞ-ın Minneapolis şəhərinin Minnesota əyalətində ilk dəfə gündə beş dəfə azan oxunması ilə bağlı qərar qəbul edilib.