İranda 600-dən çox məktəbli qızın zəhərlənildiyi iddia edilir

İranda 600-dən çox məktəbli qızın zəhərlənildiyi iddia edilir

Bakı.TurkicWorld

Keçən ilin sentyabr ayının 16-da 22 yaşlı Məhsa Əmininin Tehranın əxlaq polisi əməkdaşları tərəfindən öldürülməsinə etiraz olaraq, ölkədə ən azı 650 qızın zəhərlənərək öldürüldüyü iddia edilir.

TurkicWorld-un məlumatına görə, İranın səhiyyə nazirinin müavini Yunus Pənahi keçirdiyi mətbuat konfrasında qızların xüsusi olaraq hədəfə alındığını təsdiqləyib.

“Görünür, bəziləri bütün məktəblərin, xüsusən də qız məktəblərinin bağlanmasını istəyir”,-deyə o bildirib.

Xatırladaq ki, keçen il 16 sentyabrda Tehranda 22 yaşlı Məhsa Əmininin Tehranın əxlaq polisi əməkdaşları tərəfindən öldürülməsinə etiraz olaraq bir neçə gün sonra İranın bir neçə şəhərində aksiyalar keçirilməyə başlayıb. M.Əmini şəriət normalarına riayət olunmasına nəzarət edən əxlaq polisinin xüsusi dəstəsi tərəfindən saxlanılıb. Gənc qız İran qanunlarına əsasən hicaba düzgün riayət etməməkdə ittiham edilib.

Məhz bu hadisədən sonra İranda etiraz dalğası baş qaldırıb və etirazlar artıq müxtəlif sahələri, iqtisadiyyatı, sosial bərabərsizliyi, etnik bərabərsizliyi əhatə edir.