Ukrayna əsgərlərinin Böyük Britaniyada tank təlimləri davam edir

Ukrayna əsgərlərinin Böyük Britaniyada tank təlimləri davam edir

Bakı. TurkicWorld:

Ukrayna əsgərlərinin Böyük Britaniyada tank təlimləri davam edir.

TurkicWorld-un məlumatına görə, Böyük Britaniyanın Ukraynaya “Challenger 2” tankı göndərmək qərarından sonra ölkəyə gələn ukraynalı əsgərlərin tank təlimləri davam edir.

Britaniya Ukraynanın müdafiəsini dəstəkləmək üçün 14 tank və silah-sursat göndərməyi öhdəsinə götürüb.

“Biz Ukraynanı dəstəkləmək üçün lazım olan hər şeyi təmin etməyə davam edəcəyik’’, - deyə Ben Uolles bildirib.

Xatırladaq ki, 2022-ci ilin fevral ayının 24-də Rusiya ordusu Ukraynada hərbi əməliyyatlara başlayıb.