Fransa Ukraynaya əlavə "Caesar" özüyeriyən silahlarını tədarük edəcək

Fransa  Ukraynaya əlavə "Caesar" özüyeriyən silahlarını tədarük edəcək

Bakı. TurkicWorld:

Paris silah istehsalını sürətləndirdi, bununla əlaqədar Kiyev "Caesar" əlavə özüyeriyən artilleriya sistemlərinin sürətlə çatdırılmasına ümid edə bilər.

TurkicWorld-un məlumatına görə, bu barədə Fransanın Avropa və Xarici İşlər naziri Katrin Kolonna deyib.

K.Kolonna, həmçinin Avropanın bütün ölkələrinin öz iqtisadiyyatlarını silah istehsalının sürətləndirilməsinə uyğunlaşdırmalı olduğu fikrini ifadə edib.

Qeyd edək ki, Fransa Xarici İşlər Nazirliyinin mətbuat katibi Ann-Kler Lejandr fevralın 4-də əlavə 12 ədəd özüyeriyən "Sezar" silahının tədarükü barədə məlumat verib.