Bakı.TurkicWorld:
Azərbaycan Prezidenti İlham Əliyevə yüksək səviyyəli təşkilatçılığa görə təşəkkür edirəm.
TurkicWorld-un tədbirdəki müxbiri xəbər verir ki, bunu Tacikistan Prezidenti Emoməli Rəhmon cümə axşamı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündə çıxışı zamanı bildirib.
O bildirib ki, silahlı münaqişələr beynəlxalq təhlükəsizliyə təhdid yaradır.
"Yalnız qarşılıqlı hörmət və etimadla bir araya gələ bilərik. Biz effektiv əməkdaşlıqların yaradılmasına töhfə verməyə davam edəcəyik. Qlobal sülh və sabitliyin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi istiqamətində vacib addımlarımız var.
Əminəm ki, bu forum beynəlxalq sülhə öz töhfəsini verəcək. Dünyada sabitliyə zərər verəcək çoxlu təhdidlər var. Bütün bunlara qarşı biz beynəlxalq və regional əməkdaşlığımızı davam etdirəcəyik", – deyə E. Rəhmon əlavə edib.
Qeyd edək ki, Azərbaycanın sədrliyi ilə Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşü keçirilir.
İclasda 2022-ci ildə AQEM-in transformasiyasına start verildikdən bəri əldə olunmuş inkişaf, eləcə də Azərbaycanın sədrliyinin təşkilatın möhkəmləndirilməsi və üzv dövlətlər arasında praktiki əməkdaşlığın irəlilədilməsi sahəsindəki nailiyyətləri nəzərdən keçiriləcək.
"Daha güclü AQEM: Asiyada əlaqəlilik, rəqəmsallaşma və dayanıqlı inkişaf" şüarını rəhbər tutaraq, Azərbaycan 2024–2026-cı illər üzrə sədrliyi dövründə dialoqu və nəticəyönümlü əməkdaşlığı təşviq edib.
Mətndəki qrammatik xətaları düzəltXəbərə uyğun başlıq əlavə et






