Son dəqiqə

Rusiya Tacikistan Emoməli Rəhmon Sankt-Peterburq

Tacikistan Prezidenti Rusiyaya səfərə gedib

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Dekabrın 21-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Müstəqil Dövlətlər Birliyinin üzv dövlətlərinin liderlərinin qeyri-rəsmi görüşündə iştirak etmək məqsədilə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə yola düşüb.

TurkicWorld-un məlumatına görə, səfər çərçivəsində Prezident Rəhmonu xarici işlər naziri, Prezidentin xarici əlaqələr üzrə köməkçisi və digər rəsmi şəxslər müşayiət edir.

Mövzuya görə xəbərlər