Son dəqiqə

Fələstin İsrail Səhiyyə Nazirliyi Qəzza Mülki itkilər Həlak olanlar

Qəzzada ölənlərin sayı 73 658-ə çatıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İsrailin Qəzzaya hücumları nəticəsində son 24 saat ərzində azı iki fələstinli həlak olub, 30 nəfər yaralanıb. Daha iki nəfər isə əvvəlki hücumlar zamanı aldığı xəsarətlərdən dünyasını dəyişib.

TurkicWorld xəbər verir ki, Qəzzanın Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində İsrailin hücumları nəticəsində iki nəfər həyatını itirib, 30 nəfər yaralanıb.

Bundan əlavə, əvvəlki hücumlar zamanı yaralanan iki nəfərin aldığı xəsarətlərdən öldüyü bildirilib.

Nazirliyin məlumatına görə, 2023-cü ilin oktyabrından bəri İsrailin Qəzzaya qarşı müharibəsi nəticəsində azı 73 658 nəfər həlak olub, 174 622 nəfər isə yaralanıb.

Mövzuya görə xəbərlər