Son dəqiqə

İran Bişkek Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Məsud Pezeşkian ŞƏT plyus

“ŞƏT plyus” ölkələri çoxqütblü dünyanın formalaşmasında önəmli rola sahib ola bilərlər – Pezeşkian

BAKI,TurkicWorld

"ŞƏT plyus" ölkələri coğrafi genişliyi və iqtisadi və siyasi imkanları ilə çoxqütblü dünyanın formalaşmasında önəmli rola sahib ola bilərlər.

İran Prezident Aparatının məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian "ŞƏT plyus" çərçivəsində dövlət başçılarının Bişkek sammitində deyib.

"Şanxay Əməkdaşlıq Təşkilatına üzv, müşahidəçi və şərik ölkələrin "ŞƏT plyus" çərçivəsindəki iştirakı önəmli hesab olunur. Bu format öz coğrafi genişliyi, siyasi və iqtisadi imkanları ilə gələcək beynəlxalq strukturun formalaşmasında aktiv ölkələr arasında əməkdaşlıq və dialoqun önəmli bazalarından birinə çevrilə bilər", -deyə o qeyd edib.

Pezeşkian bildirib ki, beynəlxalq ədalətli quruluşun əsas sütunu olaraq BMT-nin rolu və "ŞƏT plyus" ölkələrinin çoxqütblü dünyanın formalaşmasındakı payı hamını əsaslı bir sual qarşısında qoyur. Dünya dəyişməkdədir. İqtisadi, siyasi və texnoloji güc paylaşımı formalaşmaqdadır. Çox sayda ölkə beynəlxalq qərarların verilməsində effektiv roal sahib olmaq istəyir. Ötən onilliklərdə formalaşan mexanizmlər artıq yeni beynəlxalq nizamın reallıqları ilə uyğunlaşmır. Bəs bu dəyişikliyi necə idarə etmək lazımdır?

"İranın qənaətincə, cavabı bir güc mərkəzini başqa güc mərkəzinə alternativ etməkdə axtarmaq olmaz. Məqsəd hegemonluğun bir gücdən başqa bir gücə keçməsi olmamalıdır. Çoxqütblü dünya effektiv çoxqütblülük, dövlətlərin hakimiyyət bərabərliyi və qanunun hakimiyyəti ilə ədalətli quruluşla nəticələnə bilər.

İran BMT-yə güc balansının dəyişməsi ilə kənara qoyulacaq xüsusi bir tarixi dövrə aid qurum kimi yanaşmır. Əksinə BMT dünyanın yeni realıqlarına daha yaxşı nümayəndəlik edə biləcək, müharibələrin qarşısının alınması, beynəlxalq sülh və təhlükəsizlik, qarşıdurmaların dinc yolla həllində əsas vəzifəsini yerinə yetiə biləcək quruma çevrilməsini istəyir. Bu məqsədin reallaşması üçün BMT və Təhlükəsizlik Şurası dünya prosesləri ilə qarşısında ədalətli və effektiv funksiyaya sahib olmalıdır", -deyə o qeyd edib.

Mövzuya görə xəbərlər