Son dəqiqə

İran ABŞ Donald Tramp Yaxın Şərq İran ordusu Sanksiyalar ABŞ-İran münasibətləri Regional gərginlik İran iqtisadiyyatı

İran rəhbərliyi ölkəni idarə edə bilmir - Tramp

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ Prezidenti Donald Tramp İranı “uğursuz və ölü dövlət” adlandırıb. O, sosial şəbəkədə paylaşım edərək İranın hərbi imkanları və iqtisadi vəziyyəti ilə bağlı sərt ittihamlar səsləndirib.

TurkicWorld xəbər verir ki, Tramp İranın artıq donanması və hava qüvvələrinin olmadığını iddia edib. O, həmçinin ölkənin valyutasının olmadığını və İran rəhbərliyinin hərbçilərə və polis əməkdaşlarına maaş ödəmədiyini bildirib.

ABŞ Prezidenti İran iqtisadiyyatı ilə bağlı da iddialar irəli sürərək ölkədə inflyasiyanın 300 faiz səviyyəsində olduğunu söyləyib. O, İran rəhbərliyini ölkəni düzgün idarə edə bilməməkdə və “tam nizamsız vəziyyətdə” olmaqda ittiham edib.

Tramp bildirib ki, İranın siyasi rəhbərliyi ölkəni lazımi şəkildə təmsil etmək imkanına malik deyil. Onun açıqlamaları ABŞ ilə İran arasında gərginliyin davam etdiyi bir dövrdə səslənib.

İran tərəfi isə daha əvvəl ABŞ-nin təzyiq siyasətinə qarşı çıxaraq ölkənin hərbi və iqtisadi imkanlarını qoruduğunu açıqlayıb.

Mövzuya görə xəbərlər