Son dəqiqə

Suriya Dəməşq Suriya Demokratik Qüvvələri (SDQ) Həsəkə Əhməd əş-Şaraa Suriya prezidentinin müşaviri Kürd siyasi dairələri ərəb siyasi dairələri Suriya siyasəti inteqrasiya prosesi

Mazlum Abdinin müşaviri təyin olunmasına ərəb və kürdlər necə reaksiya verdilər?

BAKI,TurkicWorld,Vüsalə Əzimzadə

Suriyada kürd və ərəb siyasi dairələri ləğv edilmiş Suriya Demokratik Qüvvələrinin (SDQ) keçmiş lideri Mazlum Abdinin prezidentin müşaviri vəzifəsinə təyin olunmasını müsbət qarşılayıb.

Qərarın, xüsusilə Suriyanın şimal-şərqində olmaqla, ölkə üzrə təhlükəsizlik və sabitliyin təmin olunmasına mühüm töhfə verəcəyi bildirilib.

Ləğv edilmiş «Muxtar İdarə»nin Dəməşqdəki nümayəndəliyinin keçmiş rəhbəri, kürd siyasətçi Əbdülkərim Ömər təyinatı müsbət qiymətləndirərək bunun yeni dialoq və barışıq mərhələsinin başlanmasına yol aça biləcəyini deyib.

Həsəkə bölgəsinin nüfuzlu ərəb liderlərindən, Suriya Qaçqınlarının Hüquqları Assosiasiyasının direktoru Şeyx Mudar Həmməd əl-Əsəd də qərarı dəstəkləyib. O, bölgədə təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi üçün inteqrasiya prosesinin sürətlə tamamlanacağına ümid etdiyini bildirib.

Suriya Prezidenti Əhməd əş-Şara cümə axşamı imzaladığı fərmanla Mazlum Abdini Prezidentin müşaviri təyin edib.

Təyinat SDQ-nin ləğv edildiyinin elan olunmasından üç gün sonra baş verib. Əhməd əş-Şara ABŞ-ın dəstəyi ilə İŞİD-ə qarşı mübarizə aparan SDQ-nin «missiyasını başa vurduğunu» əsas gətirərək strukturun ləğv edildiyini açıqlamışdı.

Mövzuya görə xəbərlər